SON XƏBƏR

Ərdoğanın imzaladığı bu saziş mədəniyyətimizi Türkiyəyə daha yaxından tanıdacaq

Sentyabr 04
12:12 2021
"İki ölkə arasında imzalanan bu anlaşma Azərbaycan musiqisini Türkiyə xalqına daha yaxından tanıtdıracaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyə arasında imzaladığı sazişdən danışarkən deyib. Onun sözlərinə görə, bu mərkəzlərin açılması iki ölkənin mədəniyyətlərini daha yaxından öyrənilməsinə, araşdırılmasına səbəb olacaq:

"Biz Türkiyə mədəniyyəti ilə az-çox tanışıq. Türk musiqilərini, filmlərini hər kəs izləyir və baxır. Təəssüf ki, Türkiyə cəmiyyəti və xalqı Azərbaycan musiqisi, mədəniyyəti haqqında çox az məlumata malikdir. Çox vaxt bizim mahnılarımızı oxuyurlar, müəllifini bilmirlər, anonim yazırlar. Dəfələrlə bu barədə söhbət etmişəm. Deyirlər ki, biz bilmirik onun Azərbaycan musiqisi olduğunu, ona görə də anonim kimi götürüb oxuyuruq. Ona görə də düşünürəm ki, bu mərkəzlərin yaranması iki ölkənin daha da yaxınlaşmasına səbəb olacaq".

Mənsum İbrahimovun fikrincə, bu anlaşmadan sonra Azərbaycanda tez-tez böyük tədbirlər keçiriləcək:

"Konfranslar, yubileylər, müştərək tədbirlər olacaq. Ölkələri tanıdan onun mədəniyyəti və idmanıdır. Bu, çox önəmli bir anlaşmadır və yaxın vaxtlarda biz onun əhəmiyyətini görəcəyik. Bu mədəniyyət mərkəzlərinin yaranması bir daha müştərək tədbirlərin keçirilməsinin və hər iki ölkənin böyük musiqiçilərinin tanınmasında rol oynayacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan 3 sazişi təsdiqləyib. Sənədin biri, iki ölkə arasında "25 aprel 2018-ci ildə Ankarada imzalanmış "Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İstismarı və Fəaliyyətləri Haqqında Anlaşma"dır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook