"Ərdoğan və Bayden arasında görüşün bu il baş tutacağına ümid edirik" - Çavuşoğlu
May 18
10:22
2022
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında görüşün bu il ərzində reallaşacağına ümid edirik”.
"Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində "Türk evi”ndəki görüşdə bildirib.
"Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində liderlər səviyyəsində də bu il ərzində görüşün reallaşacağına ümid edirik. Hesab edirəm ki, bu mexanizm çərçivəsində problemləri həll edə, yaxud azalda, həm də əməkdaşlığımızı inkişaf etdirə bilərik”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, 2021-ci ildə ABŞ və Türkiyə arasında ticarət dövriyyəsi 27 milyard dollar olub: "Bu rəqəmi 100 milyard dollara çatdırmaq istəyirik. ABŞ-la əməkdaşlığımızı genişləndirə və inkişaf etdirə biləcəyimiz sahələri bu mexanizm çərçivəsində müzakirə edə bilərik”.