SON XƏBƏR

Ərdoğan Qarabağdan və səfirliyimizə hücumdan danışdı

Avqust 06
16:15 2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısı Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar", deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan Qarabağdakı vəziyyətlə bağlı da danışıb: "İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq. Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook