SON XƏBƏR

Ərdoğan Azərbaycana səfəri barədə “Haber Global”ın sualını cavablandırdı

Oktyabr 22
11:53 2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

Dövlət başçısı "Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırıb.

Onun açıqlamalarını canlı yayımda izləyicilərə çatdıran Atav Ərdoğanın ölkəmizə ziyarəti çərçivəsində Bakıya gəlməyəcəyini, birbaşa Füzuli şəhərinə yollanacağını qeyd edib.

Türkiyə prezidenti Füzuli Beynəlxalq Hava Limanına gələcək ilk xarici dövlət başçısı olacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hava limanının açılışında iştirak edəcək, orada salınımış yeni infrastrukturla tanış olacaq. 

Bununla yanaşı, Türkiyə prezidenti, xüsusilə də İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcək.

Həmçinin, Ərdoğan təyyarədə Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə də fikir bildirib. O, dəhlizin açılması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları da şərh edən Ərdoğan İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook