SON XƏBƏR

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edildi

Noyabr 17
15:21 2021
"Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə görə, "Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni bənd əlavə edilib.

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi - cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook