SON XƏBƏR

Eldar Mahmudova aid QHT şəbəkəsi mövcuddur- VİDEO

May 10
00:21 2016
"Konsitutsiya” Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev "Kanal 13” internet televiziyasının "Aktual” proqramında QHT sektorunu silkələyəcək açıqlamalar verib. Həmin açıqlamanı təqdim edirik:
 
"Azərbaycana 2 milyon dollar gizli qrant ayırıblar”
 
"MHŞT QHT Koalisiyasına üzv olan təşkilatlardan 22-nin qrant müqaviləsi bu günlərdə qeydiyatdan keçib. Vuqar Bayramov 3-dən artıq müqaviləsinə bildiriş alıb. Bu günlərdə Mirvari Qəhrəmanlı, Hafiz Həsənov, Sabit Bağırov, Səbinə Ələkbərova və digərlərinin təşkilatına aid qrant müqavilələri Ədliyyə Nazirliyində qeydə alınıb. Məlahət Mürşüdlünün təşkilatı da yaxınlarda layihənin icrası üçün bildiriş alacaq. MHŞT Koalisiyasına daxil olan bütün təşkilatların hesabları üzərindən həbs götürülb. Zöhrab İsmayılın və Şəhla İsmayılın həm şəxsi hesabları, həm də təşkilat hesabları üzərindən həbs götürülüb.Bəzi QHT təmsilçiləri situasiyadan sui istifadə edib xaricə gediblər. 2014-2015 ci illərdə xarici donorlar Azərbaycana 2 milyon dollar gizli qrant ayırıblar”.
 
"Eldar Mahmudova aid xüsusi QHT şəbəkəsi var”
 
18 nəfər QHT təmsilçisinin ölkə sərhəddini keçərkən əlavə yoxlamalara məruz qalması dayandırılıb. Qalib Bayramov, Məlahət Mürşüdlü, Azər Mehtiyev, Hafiz Həsənov, Mirəli Hüseynov, Mehriban Vəzir, Zöhrab İsmayıl və digər bir neçə nəfər şəxsin sərhəddə yoxlanması halları da aradan qaldırılıb. MHŞT Koalisiyasının üzvü olan cəmi bir təşkilat sədrinə – Elçin Abdullayevə qarşı cinayət işi qaldırılıbmiş, amma 2015 ci ilin oktyabrından qaldırılan cinayət işi də dayandırılıb. Oqtay Gülaliyevə qarşı qaldırılan cinayət işinin son illərdə QHT-lərlə bağlı olan işlə bağlı heç bir əlaqəsi yoxdur. Koalisiya üzvü Asif Yusifli 7 il yarım müddətinə azadlıqdan məhrum edilib və biz koalisiya olaraq onun əfv edilməsi ilə bağlı müraciət etmişik.
 
Əliməmməd Nuriyev sözlərinə onu da əlavə edib ki, ölkədə keçmiş MT naziri Eldar Mahmudova aid xüsusi QHT şəbəkəsi var”(veteninfo.az)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook