SON XƏBƏR

Eldar Əzizov qalmaqallı icra başçısı Asif Əsgərovla da yollarını ayırmaq istəyir

May 23
09:49 2022
Nəsiminin icra başçısı Asif Əsgərovun tezliklə vəzifədən uzaqlaşdırılması gözlənilir.

AzToday.az xəbər verir ki, buna səbəb Asif Əsgərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla yola getməməsidir. Belə ki, Eldar Əzizovun tapşırıqlarına əməl etməyən Asif Əsgərov Bakı merinə meydan oxumaqda davam edir. Görünür, hakimiyyətdə əvvəlki nüfuzunu itirən köhnə klan nümayəndələrinə arxalanan Nəsiminin icra başçısı yeni şərtlərlə işləmək fikrində deyil. Bu səbəbdən Eldar Əzizov Asif Əsgərovun vəzifəsindən uzaqlaşdırılmasına çalışır.

Müşahidələr göstərir ki, Naxçıvan klanının önəmli simalarından olan Nərimanovun sabiq icra başçısı olan Abdin Fərzəliyevi Bakıdan uzaqlaşdıran Eldar Əzizov Asif Əsgərov məsələsində də istədiyinə nail olacaq.

Qeyd edək ki, Asif Əsgərov və Abdin Fərzəliyev korrupsiyalaşmış icra başçıları arasında ən öndə gedən isimlər sayılıblar. Son illər hakimiyyətdə nüfuzunu sürətlə artan Eldar Əzizov üçün Asif Əsgərov Abdin Fərzəliyevlə müqayisədə daha "asan yem” sayıla bilər.
 


Asif Əsgərov mediada daha çox "avtoş” oğlu İlham Əsgərlinin "Mercedes” avtomobili ilə qəza törədərək 16 yaşlı gəncin ölümünə səbəb olması ilə tanınır. Qəza törədən, gəncin ölümünə səbəb olan İlham Əsgərlini məhkəmə "cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” həbsdən azad etdirən Asif Əsgərovun rüşvət və korrupsiya əməlləri barəsində ölkə mediasında kifayət qədər yazılıb.

İxtisasca bədən tərbiyəsi müəllimi olan Asif Əsgərov köhnə klanın himayəsi altında Zaqatala, Səbael və Nəsimi kimi rayonların icra başçısı olub.

Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev arasındakı 300 min rüşvət qalmaqalıdır. Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif Əsgərov 20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir.

Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət əvvəl açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı 10 minlərlə rüşvət istəyir…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook