SON XƏBƏR

Ekspert: “Əsgərlərimizin koronavirusa yoluxmaması görülən tədbirlərin nəticəsidir”

Aprel 03
16:52 2020
"Tez-tez cəbhə bölgəsinə gedirəm, əsgərlərə olan doğma münasibəti gördükdən sonra onların təminatının yüksək səviyyədə olduğuna bir daha əmin oluram".

Bunu "MediaPost"a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

O bildirib ki, dünyada yayılmaqda davam edən pandemiya təhlükəsinə qarşı ən güclü profilaktik tədbirlər Azərbaycan Ordusunda həyata keçirilir:

"Azərbaycan Ordusunda müxtəlif istiqamətdə yüksək səviyyəli işlər görülür. Bunlardan biri də hazırda davam edən profilaktik tədbirlərdir. Ona görə də hələ də əsgərlərimiz arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Həmişə demişəm, ordumuzun sosial təminatı yüksəkdir. Mən media və qeyri-hökümət təşkilatı təmsilçisi kimi tez-tez əsgərlərlə görüşürəm. Hərbi hissələrdə şərait normalara tam uyğundu”.

Ə.Bəydəmirli əsgərlər arasında mövcud olan ruh yüksəkliyindən danışıb. O, bunu ordudakı nizam-intizam ilə əlaqələndirib: "Bu gün Azərbaycan Ordusundakı ruh yüksəkliyi orada mövcud olan nizam-intizamdan xəbər verir. Ordusu pərakəndə olan dövlətdə intizamdan söhbət gedə bilməz".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook