SON XƏBƏR

Ekspert: “Britaniya təhlükəsizlik xidmətlərinin hər şeydən xəbəri olub”

Avqust 06
10:58 2022
"Londonun təhlükəsizlik xidmətlərinin baş verənlərdən öncədən xəbərdar olduğundan şübhələnmək üçün yetərincə əsaslar var. London şəhəri dünyada adambaşına düşən müşahidə kameralarının sayına görə yalnız Çindən geri qalır. Londonda hər 1000 nəfərə 68 kamera düşür".

"AzPolitika.info" xəbər verir ki bunları Azərbaycan İnternet Forumunun PrezidentiOsman Gündüz özünün "feysbuk" hesabından etdiyi paylaşımda yazıb.

Ekspert qeyd edib ki, London şəhərinin nəinki bütün küçələri, hətta bütün künc-bucağı, dalanları da kamera nəzarətindədir: "Britaniya cəmiyyəti zaman-zaman bu tip nəzarətə etirazlarını da bildirib. Ən güclü polis xidməti kateqoriyasında London polisi ilk 10-luqda qərarlaşır. Çində olduğu kimi, London şəhərində də son zamanlar küçədə hərəkət edən hər bir insanın biometrik identifikasiyası aparılır. Daha dəqiq desək, London xüsusi xidməti real vaxt rejimində kimin harada olduğunu çox yaxşı bilir. London polisi istənilən vaxt çox asanlıqla şübhəli şəxslərin koordinatlarını və danışıqlarını müəyyən edə bilər".

Eskpertin sözlərinə görə, bütün bunlar London xüsusi xidmətinin baş verənlərdən öncədən xəbərdar olduğuna dair şübhələrin yaranmasına səbəb olur: "Ümid edirəm və inanıram ki, hökumətimiz, DTX və kəşfiyyat strukturlarımız Türkiyənin də resurslarından yararlanmaqla, Londonda əslində nəyin baş verdiyini aşkara çıxaracaq və cəmiyyətə ağlabatan bir açıqlama verəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook