SON XƏBƏR

"Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazisi vəfat etdi

May 29
14:04 2020
Bir müddət əvvəl "Ege Hospital”da həkimlər tərəfindən incidilən 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu vəfat edib.

Qlobal.az xəbər verir ki, qazimiz Bərdə rayonunun Küsərli kənd qəbiristanlığında dəfn edilib. Dəfndə R.Abbasovun yaxınları, Qarabağ döyüşçüləri iştirak edib.

R.Həsənov 1968-ci ildə Ağdam rayonu Kosalı kəndində anadan olub. 708 saylı hərbi hissənin tərkibində Ağdam-Ağdərə istiqamətlərində döyüşən qazi bir ayağını cəbhədə itirib. Son zamanlar ağır ürək əməliyyatı keçirib. Hər iki böyrəyi fəaliyyətini itirmişdi. Sağ qalan ayağında isə çürümə gedirdi. Bir müddət əvvəl "”Ege Hospital” da həkim tərəfindən aldadılaraq ayağında uğursuz əməliyyat aparılmışdı və bunun müqabilində ondan 3212 manat alınmışdı. "Qarabağ qaziləri” birliyi müdaxilə edəndən sonra Qazinin pulu tam şəkildə özünə geri qaytarılıb.

Köçkün kimi Bərdə rayonunun Qarayusifli kəndində məskunlaşan qazimizin iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Mənbə: Medicina.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook