Əfv sərəncamı yaşı 65-dən yuxarı olan 176 məhkuma şamil olunub
Aprel 06
17:42
2020
Aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.