SON XƏBƏR

Əfqanıstanın birinci vitse-prezidenti özünü ölkənin müvəqqəti başçısı elan edib

Avqust 17
23:02 2021
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib.

"Report"un məlumatına görə, bu barədə siyasətçi tvitter səhifəsində məlumat verib.

Ə.Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, "Taliban" silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir.

Xatırladaq ki, avqustun 15-də "Taliban" Kabilə daxil olduğunu və Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Prezident Əşrəf Qani dərhal ölkəni tərk edib. Bəzi məlumatlara görə, siyasətçi ölkədən qaçarkən özü ilə birlikdə böyük məbləğdə pul aparıb. Kreml bildirib ki, siyasətçi ölkədən biabırçı şəkildə qaçdığı üçün Əfqanıstan xalqı qarşısında cavab verməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook