SON XƏBƏR

Əfqanıstanda son sutkada 375 "Taliban" silahlısı zərərsizləşdirilib

Avqust 03
11:16 2021
Əfqanıstan hərbçiləri ilə "Taliban” arasındakı son sutkadakı döyüşlər nəticəsində qruplaşmasının 375 silahlısı ölüb, 193-ü yaralanıb.

"Report” "Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada baş verən toqquşmada "Taliban”ın 8 böyük hərbi texniki kompleksi, sursatı, 11 müxtəlif tip minatanı məhv edilib. Məlumata görə, "Taliban” bu qurğularla dinc sakinləri və təhlükəsizlik qüvvələrini hədəfə alıbmış.

Nazirlik bildirib ki, qruplaşmanın silahlıları hərbçilərlə Nuristan, Lohar, Qəndəhar, Uruzqan, Herat, Cauzcan, Bəlx, Samanqan, Gilmənd, Kapisa və Baqlanda bölgələrindəki döyüşlərdə zərərsizləşdirilib, yaralanıb. Məlumata əsasən, bu ərazilərdə hakimiyyət və könüllü müdafiəçilərlə qruplaşma arasında döyüşlər davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook