SON XƏBƏR

Ədalətdən danışan ədalətsiz: “Human Rights Watch” niyə Qarabağ müharibəsi faktlarını gizlədir?

Yanvar 17
02:27 2022
Dünyanın bir sıra ölkələrinin, habelə beynəlxalq təşkilatlarının ikili standartları Yer üzündə hələ də mövcud olan, davam edən, dondurulmuş münaqişələrin ortaya çıxmasına, obyektiv həll edilməməsinə, habelə yeni-yeni münaqişə konfliktlərinin yaranmasına rəvac verir. Bir sıra hallarda təcavüzkarla təcavüzə məruz qalanlar arasında bərabərlik işarəsinin qoyulması, regional konfliktlərə şəxsi maraqlardan, subyektiv mənafelərdən, ambisiyalardan yanaşılması "Human Rights Watch” (HRW) təşkilatının fəaliyyətində də özünü açıq aydın büruzə verir. 

"Report”un məlumatına görə, bunu təşkilatın 2021-ci il üzrə hesabatında açıq-aydın görmək olar. Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb

Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri qiymətləndirən hesabat müəllifləri ikinci Qarabağ müharibəsinin Ermənistan deyil, Azərbaycan ərazisində aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistan tərəfindən məskunlaşma siyasəti yürüdüldüyünü, həmin torpaqlardakı məltəblərin də qanunsuz inşa olunduğunu görməzlikdən gəliblər.

Hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə - 7 səhifəlik həcmlik yerin ayrılması təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil.



"Human Rights Watch” təşkilatının günahı yalnız Azərbaycanda görən "ekspertlər”i ən böyük xətanı "Altı günlük müharibəsinin doğurduğu nəticələr” bölümündə törədiblər. Dünyaya obyektivlikdən, insan haqlarının müdafiəsi barədə "mühazirə” keçməyə cəhd edən ekspertlər müharibənin və onun təbii fəsadları olan dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa can atıblar. Belə çıxır ki, 102 ölkədə "hər şeydən xəbərdar olan” "ekspertlər” ya Qarabağın hansı ölkəyə məxsus olduğunu "unudublar”, ya da məqsədli şəkildə "zavallı” Ermənistanın yanında yer alıblar. Hər halda bu məsələdə ikinci variant daha məntiqli və ağlabatan görünür.

Daim obyektivlikdən, insan haqlarının qorunmasının zəruriliyi barədə danışan hesabat müəlliflərinin Azərbaycanı təcavüzkar kimi qələmə verməyə cəhd göstərmələri "Human Rights Watch” təşkilatının tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl mahiyyətini ortaya qoyur. "Human Rights Watch” Azərbaycan silahlı qüvvələrini "erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayır, ancaq on illiklərdir erməni vəhşiliyi, terroru ilə üzləşən azərbaycanlıların çəkdikləri müsibətlərin, eləcə də ikinci Qarabağ müharibəsində Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdə mülki şəxlərin Ermənistan silahlı qüvvələrinin atəşə tutulması nəticəsində həlak olması faktının üstündən sükutla keçir. Sadalanan faktlara göz yuman hesabat müəllifləri azərbaycanlıları "..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər.

Nədənsə beynəlxalq təşkilatların Ermənistanla bağlı qətnamələrinə göz yuman hesabat müəllifləri ancaq həmin qurumların Azərbaycana dair bəzi çağırışlarında "gözləri açılıb”. Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəynatların hər biri Azərbaycana qarşı olub. Əslində həmin bəyanatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə-həm Azərbaycana, həm də Ermənistana-ünvanlanıb.



Hesabatdakı "faktlar”la, "statistik”a ilə tanış olan, regionda baş verənlərdən xəbərsiz olan hansısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər. Belə isə "Human Rights Watch”ın obyektivlikdən danışıb obyektivlikdən uzaq olan "ekspertlər”inin məqsədi nədir? Cavab məlumdur – beynəlxalq itimaiyyəti çaşdırmaq, Azərbaycanla Ermənistan, təcavüzdən zərər çəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoyumaq. Hesabatda sanki ermənilərin öz evlərində oturub əmin-amanlıq içində yaşamaları, sülh istədikləri, Azərbaycanın isə 44 günlük müharibə zamanı təcavüz edərək "sülhpərvər”lərin hüquqlarını pozmaları qeyd edilib. Hesabat müəllifləri müəyyən mənada haqlıdırlar. Ermənilər doğrudan da əmin-amanlıq, sülh içində yaşamaq istəyirdilər, amma bunu Azərbaycan ərazisini işğal etməklə nail olmağa çalışırdılar. Elə "Human Rights Watch” təşkilatı kimi Azərbaycanla Ermənistanı eyniləşdirən digər beynəlxalq təşkilatların onilliklərdir bitib-tükənməyən vasitəçilik missiyalarını, mənasız danışıqlarını süni şəkildə uzatmaq da rəsmi Yerevanın bu missiyasına xidmət edirdi.

"Human Rights Watch” hesabatında nədənsə beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar adlandıran qətnamələrinin üzərindən sükutla keçir, özünü BMT-nin Ermənistanı işğalçı adlandıran 4 qətnaməsindən xəbərsiz kimi qələmə verir.

Qeyd edək ki, BBC-nin hələ 2020-ci ilin oktyabrındakı məqaləsində "Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Human Rights Watch” və "Amnesty International” təşklilatlarını Azərbaycana dəvət etməsi xəbər verilib. Bundan sonra HRW ekspertləri Azərbaycana gəliblər, 44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri barədə araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq "Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb. "Human Rights Watch” təşkilatının həmin məruzəsində qeyd edilib ki, "2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər.

Lakin "Human Rights Watch” əks etdirdiyi faktları bugünlərdə yayımladığı ümumi illik hesabatına daxil etməyib. Məqsəd aydındır: - müharibədən azacıq sonrakı dövrdə qeydə alınan faktlar sonuncu hesabatdakı "faktlar”ı tamamilə təkzib edir.

Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş "arqumentlər” saxta, bəlkə də sifarişlidir. Bir sözlə, özünü insan hüquqlarının, ədalətin "carçısı” kimi qələmə verməyə çalışan "Human Rights Watch” təşkilatının qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook