Əbülfəz Məlikov nədə ittiham olunur? - Maddələr açıqlandı
Avqust 08
15:04
2022
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələr üzrə ittiham olunduğu məlum olub.
Qlobal.az APA-ya istinadən xəbər verir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.