SON XƏBƏR

Direktor müavininin şirkəti "Azərkosmos" ASC-yə 35 minlik zəfəranlı qida satacaq

İyul 03
07:27 2020
"AZƏRKOSMOS" Açıq Səhmdar Cəmiyyəti maraqlı tenderə imza atıb. 
 
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb. 
 
Məlumata görə ötən həftə "AZƏRKOSMOS" Açıq Səhmdar Cəmiyyəti "Absheron Saffron LTD” MMC-ni "Zəfəranlı qida məhsullarının satın alınmasına dair" tenderin qalibi elan edib.
 
Bunun üçün ASC şirkətə 35.399.29 manat ödəyəcək.

"Qalib" şirkətin sahibi Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun birinci müavini Yüzbaşıyev Həbib İsrafil oğludur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook