Diplomatlar və beynəlxalq ekspertlər Həkəri çayına forel balıqları buraxıblar
İyun 29
13:50
2022
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin Zəngilana səfəri başlayıb.
"Report”un müxbirinin Zəngilandan verdiyi məlumata görə, qonaqlar əvvəlcə körpə forelləri Həkəri çayına buraxıblar.
Qonaqlara işğal illərində ciddi ziyan dəymiş rayonun ekologiyasının və biomüxtəlifliyinin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, qızılxallı forel "Qırmızı kitab”a salınıb: "Bugünkü aksiya onların bütün ölkə üzrə sayının artmasına səbəb olacaq”.
O bildirib ki, bu gün üç minə yaxın körpə forel Həkəri çayına buraxılacaq: "Bu tədbir artıq ənənə halını alıb”.
Onun sözlərinə görə, bu, yerli şəraitə ən çox uyğunlaşan forel növüdür.