SON XƏBƏR

“Diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq” - Türkiyə səfiri

Oktyabr 16
14:05 2021
"Azərbaycandakı diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq”.

"Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.

Diplomat Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən fotolar paylaşıb.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb.
 
Diplomatları və media təmsilçilərini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.

Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook