Deputatın şirkəti qazini məhkəməyə verib
May 18
10:23
2021
"Kontakt Home” 470 manat kredit borcuna görə 44 günlük döyüşdə ağır yaralanmış Cavid Aşirovu məhkəməyə verib!”.
R.Kərimoğlu sözügedən şirkətin haqsızlıq etdiyini düşünür.
İqtisadçı-alim Nazim Bəydəmirli "Sherg.az”a açıqlamasında sözügedən iddiaya münasibət bildirdi. Onun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur:
""Kontakt Home” və bəzi belə şirkətlər ən böyük monopolistdirlər. Mənim onları müdafiə etmək fikrim yoxdur. Lakin məsələ ondan ibarətdir ki, onların daha böyük qəbahətləri var.
Həmin qəbahətləri görməzdən gələrək ucuz sensasiya yaradılmasına, sonra isə şirkətin borcu bağlamaq adı ilə piar kampaniyası aparmasına şərait yaradılmamalıdır.
Təəssüf ki, analoji hallardan sui-istifadə halları çoxdur. Beləliklə, süni ajiotaj yaradılır. Və əslində oxşar məlumatlar məqsədli şəkildə yayılır. Bu, diqqəti yayındırmaq üçündür.
Çünki bizim daha ciddi problemlərimiz var. Həm də YAŞAT Fondunun qazilərə göstərdiyi dəstək göz qabağındadır. Fikrimcə, yaradılan imtiyazlar istisna olmaqla qazilərlə digər insanlar qanun qarşısında bərabər olmalıdırlar.
Özəl şirkətin hansı qərar verəcəyi onun özündən asılıdır. İstənilən halda şirkəti günahlandırmaq doğru deyil. Təkrarlayıram, belə informasiyalar məqsədli şəkildə tirajlanır və nə qazilərə, nə də dövlət qurumlarına başucalığı gətirir. Cəmiyyətə isə xeyri yoxdur”.
Qlobal.az