SON XƏBƏR

Deputat: “Məndə videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir”

Sentyabr 30
17:23 2022
"İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O, qazilərə diqqət və qayğının daha çox olmalı olduğunu dilə gətirib:

"Qaziləri qəbul edənlə onlar diqqətlə yanaşsınlar. Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Mən bunu açıqlamaq istəmirəm. Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir. İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır. Digər tərəfdən ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Onların bu duyğusunu öldürmək olmaz”.
 
Mənbə: Azxeber.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook