SON XƏBƏR

Deputat: "İşaxtaranların 80 faizi işlə təmin oluna bilmir"

May 26
00:49 2022
""Əmək və Məşğulluq" altsistemi, gənc nəsil və 45 yaşın altında olan şəxslər üçün uyğundur".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat qeyd edib ki, hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur: "İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapılmır. Eyni zamanda, işaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanması üçün maarifləndirmə işləri zəifdir".

Musa Quliyev onu da vurğulayıb ki, nə qədər insanın yeni yeni yaradılan altsistemdən faydalanması sual altındadır.

Millət vəkili bunlar sonra görəcək işlərin hələ çox olduğun da deyib: "Şirkətlər adətən yüksək ixtisaslı kadrların işə cəlbində maraqlıdırlar ki, işləri yaxşı davam etsin. Bəs həmin səviyyədə olmayan şəxslərin aqibəti necə olacaq? Onları işə kim götürəcək?! Təklif edərdim ki, bu sahədə olan qanunvericiliklə bağlı tək dövlət sektorundan yox, özəl sektordan tövsiyələr ala bilərik. Müvafiq qurumlar öz maraqlı dairəsində işləri həll edirlər. Amma problem bununla həll oluna bilməz".(APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook