SON XƏBƏR

Dendrologiya İnstitutunun və Nəbatat bağının rəhbərliyi dəyişib

Avqust 15
16:43 2022
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Dendrologiya İnstitutunun baş direktoru vəzifəsi icra edən Samirə Bağırova qurumun İdarə Heyətinin (İH) sədr müavini təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, instituta rəhbərlik müvəqqəti olaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi katibi Minarə Həsənovaya həvalə olunub.

Bundan başqa, meriyanın tabeliyindəki Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev öz ərizəsi ilə vəzifəsindən azad edilib və qurumun İH-nin sədr müavini təyin edilib.

Bağa rəhbərlik müvəqqəti olaraq qurumun icraçı direktoru Həsən Babayevə həvalə olunub.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook