SON XƏBƏR

Daşkəsənə güclü qar yağdı

Noyabr 25
11:21 2021
Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.

Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.

Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook