SON XƏBƏR

DÇ-2022: Azərbaycan millisi Portuqaliyaya qarşı

Mart 24
10:22 2021
Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq.

A qrupunda yer alan yığma I turda Portuqaliya seçməsi ilə qarşılaşacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Hər iki kollektiv matça itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Ruy Patrisiu, Pepe və Rafael Gerreyrunun zədə səbəbindən oynamayacağı dəqiqdir. Ruy Silvanın isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Azərbaycan millisində isə yeganə itki Qara Qarayevin yoxluğudur. "Qarabağ"ın yarımmüdafiəçisi zədəli olduğu üçün Turinə aparılmayıb.

Qeyd edək ki, bu qrupun digər oyunlarında Serbiya millisi İrlandiya ilə, Lüksemburq isə Qətərlə üz-üzə gələcək.

DÇ-2022
Seçmə mərhələ
A qrupu, I tur

24 mart
23.45 Portuqaliya - Azərbaycan
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann (Almaniya).
İtaliya, Turin. "Yuventus" stadionu.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook