SON XƏBƏR

Cümhuriyyət tarixində ilk - Erməniəsilli şəxs qubernator oldu

Avqust 18
12:16 2022
Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs qubernator olub.

Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir ki, Denizli bölgəsinin Babadağ vilayətinə 27 yaşlı Berk Acar rəhbərlik edəcək.

B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməniəsilli şəxs qubernator vəzifəsinə təsdiqlənib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook