SON XƏBƏR

Conni Depp Daşkənd tamaşaçıları ilə söhbət etdi

Sentyabr 19
09:32 2022
Hollivud ulduzu Conni Depp prodüser rolunda çıxış etdiyi "Minamata” dramının təqdimat mərasimində özbək tamaşaçıları ilə videobağlantı vasitəsilə danışıb.

Film Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Kinematoqrafçılar Evinin kiçik zalında nümayiş etdirilib.

Təqdimatın sonunda Depp və "Minamata”nın rejissoru Endryu Levitas tamaşaçılara film haqqında danışıb. Söhbət zamanı aktyor siqaret çəkib.

Qeyd edək ki, Depp prodüserliklə yanaşı, filmdə aktyor kimi də iştirak edib. O, Yaponiyanın Minamata şəhərinin sakinlərinin civə ilə zəhərlənməsinin nəticələrini çəkməyi bacaran amerikalı fotoqraf Smit rolunu oynayıb.

Filmin premyerası 2020-ci ildə Berlində baş tutub.

Mənbə: gazeta.ru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook