SON XƏBƏR

“Coca-Cola”nın SSRİ-də məxfi planı: Marşal Jukovun gətirdiyi 50 yeşik gizli içki...

İyul 08
16:27 2021
Məşhur Sovet marşalı Georgi Jukov 1945-ci ildə amerikalı general Duayt Eyzenhauer ilə birlikdə "Coca-Cola”nın dadına baxıb və içkini o qədər sevib ki, SSRİ-yə bir neçə qutu kola gətirməli olub. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Business Insider”in verdiyi məlumatda deyilir. Həmin vaxt Amerika şirkətinin nümayəndələri əsgərlərə verilən qazlı içkinin keyfiyyətinə nəzarət etmək üçün ordunun yanında olublar.

Amerikalıların hətta SSRİ-də "Coca-Cola” istehsalını genişləndirmək üçün planları olub, lakin bunun üçün havadarlara və güclü reklamlara ehtiyacları vardı. Seçim Jukova düşüb - Sovet xalqı üçün simvolik bir rəmz, üstəlik, marşal Amerika hərbçiləri ilə təmasda olan biriydi. Ancaq Jukov vətəinində əlində "Coca-Cola” tutmasının problemlərlə nəticələnəcəyindən qorxurdu. Sonra Amerika Prezidenti Harri Truman "Coca-Cola” İxracat Korporasiyasının rəhbərindən içkinin rəngsiz versiyasının yaradılması ehtimalı barədə soruşub.

Bundan sonra amerikalılar xüsusi olaraq Jukov üçün kolanı üzərində qırmızı ulduzları olan ağ mantarlı markasız şüşələrə töküblər. İçkinin içində karamel boyası olmadığı üçün şəffaf olub. Ümumilikdə, Sovet marşalı özü ilə SSRİ-yə 50 yeşik belə içki gətirib.

Lakin sonda amerikalıların işi baş tutmayıb: Jukov Stalinin yanında rüsvay olub və bir müddət sonra iki ölkə arasındakı münasibətlər daha da pisləşib. Beləliklə "Coca-Cola” heç vaxt Sovet bazarını fəth edə bilməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook