Ceyhun Bayramov Ermənistandakı aksiyalardan danışdı
May 10
11:59
2022
"Məsələnin görünən tərəfi odur ki, etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur. Onlar uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir".
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında son günlər Ermənistanda baş verən prosesləri şərh edərkən deyib.
Nazir qeyd edib ki, Ermənistandakı mitinqlər hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir.