SON XƏBƏR

Casa Mila - Barselonalıların sevmədiyi, amma fəxr etdiyi memarlıq incisi

Sentyabr 08
19:15 2021
Casa Mila Kataloniya paytaxtının görməli yerlərindən biri olan Mila ailəsi üçün 1906-1910-cu illərdə Barselonada memar Antoni Gaudi tərəfindən tikilmiş yaşayış binasıdır. Bina, Paseo de Gracia bulvarının Carrer de Provença küçəsi ilə kəsişməsində yerləşir. Casa Mila, özünü tamamilə "Sagrada Familia" üzlubu üzərində işləməyə həsr etməmiş Gaudinin son yaradıcılığıdır.
 
Mümar Gaudinin bu binasının dizaynı öz dövrü üçün yenilikçi idi: yaxşı düşünülmüş bir təbii havalandırma sistemi, kondisionerlərdən imtina etməyə imkan verir, evin hər bir mənzilindəki daxili arakəsmələr istəyə görə köçürülə bilər. Layihədə nəzərdə tutulan liftlər tikinti zamanı quraşdırılmamış və daha sonra ortaya çıxmışdır. Bina, daşıyıcı və dayaq divarları olmayan, daşıyıcı sütunları olan dəmir-beton konstruksiyadır. Unikal ferforje eyvanlar, Gaudi ilə digər layihələrdə əməkdaşlıq edən Josep-Maria Jujolun improvizasiyasının nəticəsi idi.
 
Üç dairə - bir yuvarlaq və iki eliptik - binanın boşluqlarını kifayət qədər işıq və təmiz hava ilə doldurmaq üçün memarın daim müraciət etdiyi dizaynın xarakterik elementləridir. Demək olar ki, hər otaqda gün işığının daxil olduğu bir pəncərə var və bu bina inşa edilən zaman yeni idi. Bütün əsas otaqları küçəyə və ya məhəllənin daxili həyətinə, köməkçi və xidmətçilərin otaqlarının pəncərələri üç həyətə baxır.
 
Binanın inşasına başlanan zaman Barselona əhalisinin yeni bina haqqında fikri o qədər də yüksək deyildi. Lakin illər keçdi Casa Mila Barselonanın fəxrinə çevrildi.
 
1984-cü ildə Casa Mila, UNESCO -nun Dünya İrsi Siyahısına daxil edilən 20-ci əsrin binalarından birincisi oldu. Bina sərgi məqsədi ilə keçmiş 1000 m²lik bir asma mənzildən istifadə edən yerli Fundació Catalunya-La Pedrera'ya məxsusdur. Binanın altıncı mərtəbəsindəki mənzil XX əsrin 20-ci illərinin üslubunda bəzədilib və çardaq döşəməsi və dam terrası ilə birlikdə ekskursiyalar zamanı ziyarətçilərə göstərilir. Qalan mərtəbələr ofislər tərəfindən tutulur, bəzi mənzillər hələ də Katalan ailələri tərəfindən işğal olunur.
 
Böyük İtalyan kinorejissor Michelangelo Antonioninin ən məşhur filmlərindən birinin "Peşə: Reportyor" (1975) filminin bir hissəsi evin damında lentə alınıb. 
 
Mənbə "Yeni Evim"
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook