SON XƏBƏR

Canni De Byazi: "Heç vaxt o sözləri işlətməmişəm"

Aprel 07
14:42 2022
"Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil"!

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan müsahibəsindəki açıqlamasına aydınlıq gətirərkən deyib.

O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib: "Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil"!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook