SON XƏBƏR

`Canımız fəda olsun Qarabağa` - Suriya türkmənlərindən Azərbaycana dəstək

Aprel 02
23:28 2016
Musavat.com xəbər verir ki, Suriya türkmənləri Azərbaycanın çətin anında yanında olduğunu nümayiş etdiriblər. Sosial şəbəkələrdə türk soydaşlarımız tərəfindən#SuriyeTürkmenleriSeninleAzerbayCan haştagı yaradılıb. 

"Can vətən Azərbaycan hər zaman türkmənlərin fikrində". Bu sözləri isə Suriya Türkmən Doktorlar Birliyinin rəhbəri Muxtar Mustafa Paşa açıqlamasında bildirib:

"Bizlər Suriya türkmənləri türk milləti olaraq canımız fəda olsun Qarabağa. Suriya türkmənləri Suriyada hazırda çətin durumda olmasına baxmayaraq can vətən Azərbaycan istərsə bizlər gəlib qanımızın son damlasınadək Qarabağda döyüşərik. Türkmən dağındakı bütün mücahidlər gəlib sizə qatılar, yetər ki, bu erməni faşistləri yenilsin. Bizlər hər zaman yanınızdayıq. 

Kimi candan keçdi, kimi varından, 
Azadlık beklemek hakkın yarından, 
Azadlık güneşi ufuklarından, 
Doğacak... Doğacak Azerbeycanım"
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook