SON XƏBƏR

"Bu sui-istifadə hallarına gətirib çıxara bilər" - Deputat

Oktyabr 15
19:02 2021
"Layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi qeyd olunur. Bu sahədə fəaliyyət göstərən qurumların sayı çoxdur. Bu isə xidmətlərdə fərqli tariflər müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə də bu layihədə tariflər dəqiq müəyyənləşdirilməsinə ehtiyac var".

Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Plenar İclasında "Əhalinin sağlamlığı qorunması haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsizamanı deyib. Millət vəkili müzakirələr zamanı çıxış edərək icbari tibbi sığorta zərifinə  daxil olmayan səhiyyə xidmətlərinin tarifləri müəyyən edilən zaman konkret meyarların müəyyənləşdirilməsini təklif edib:

"Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. Belə ki, "Tibbi Sığorta haqqına" Qanuna əsasən, bütün vətəndaşlarımız icbari sığortadan istifadə etməlidir. Sosial təminata ehtiyacı olan vətəndaşlarımızın sığorta haqqı dövlət büdcəsi hesabına ödənilir. Belə olan halda, sığorta olunmayan vətəndaşların kimləri əhatəsi etməsi də qaranlıqdır. 

Zərfə daxil olan və daxil olmayan xidmətlərin sərhədlərinin müəyyənləşməsi baxımdan da problem var. Zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək. Bu da sui-istifadə hallarına gətirib çıxara bilər. Çünki zərfə daxil olan xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər. Zərfə daxil olan xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir.  

Zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır. Bu vəsaitdən səhiyyə xidməti, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən xərclənəcəyi aydın deyil. Xəstəxanalar və səhiyyə müəssisələrinin durumunun maliyyə baxımdan daha da yaxşılaşması ilə bağlı təklif olunan dəyişikliklər təsir göstərə bilər, amma sui-istifadə hallarına da yol aça bilər. Buna görə də layihəyə olan təkliflər daha aydınlaşdırılmalıdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook