SON XƏBƏR

"Bu il Azərbaycanda ÜDM-in artım tempi 5,5 %-ə çatması proqnozlaşdırılır" - Samir Şərifov

İyun 20
12:10 2022
Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının nominal ifadədə 115,4 milyard manata, real artım tempinin 5,5 %-ə çatması proqnozlaşdırılır.

"Report” xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, o cümlədən qeyri-neft ÜDM-in nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir:

"Həmin dövrdə Azərbaycanda orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir.”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook