SON XƏBƏR

Bu gün Türkiyə-Ermənistan danışıqları başlayır - İlk açıqlamalar

Yanvar 14
13:08 2022
Bu gün - yanvarın 14-də Moskvada Ermənistanla Türkiyənin münasibətlərinin normallaşdırılması üzrə danışıqlar başlayır. Ermənistanın Xarici İşlər Nazirliyi bu danışıqlar nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını, iki ölkə arasında sərhədlərin açılacağını gözləyir.

Ötən il hər iki ölkə münasibətləri normallaşdırmaq üzrə xüsusi elçilər təyin ediblər. Tərəflər uzun illik ədavətdən sonra əlaqələri bərpa etməyə salışırlar. Danışıqların ilk raundu Moskvada keçirilir.

"Fikrimizcə, Türkiyə hökuməti də ilkin şərtlərsiz dialoqa başlamaq yanaşmasını paylaşır”, – Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan görüş öncəsi deyib. Hunanyan qeyd edib ki, Rusiya görüşün ev sahibi kimi çıxış edəcək və danışıqların ilk raundu tədqiq xarakterli olacaq.

"Bir görüş nəticəsində real nəticələr əldə etməyin mümkünlüyünü gözləmək çətindir, amma proses başlayır”, – o deyib.

Xatırladaq ki, İrəvanla Ankara dekabrda danışıqlar üzrə xüsusi elçilər təyin edəcəklərini açıqlayıblar. Türkiyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Sərdar Kılıc Ankaranı, Ermənistan Milli Assambleyasının Vitse-spikeri Ruben Rabinyan Yerevanı təmsil edəcək. Ermənistan artıq Türkiyə məhsullarının idxalına qadağanı götürüb. Türkiyə isə Ermənistana çarter reysləri elan edib.

Qarabağ münaqişəsindən dolayı Türkiyə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. 
"Azərbaycan işğal olunmuş ərazisini azad etdiyindən Qafqazda yeni mərhələyə qədəm qoymuşuq”, – Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan yanvarın 13-də Ankarada Aİ səfirləri ilə görüşündə deyib.
"Biz Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə başlamışıq. Ermənistanın bu fürsətdən istifadə etməsi, nəticələr verəcək addımlar atmaqdan ötrü Azərbaycanla müsbət əlaqələr qurması vacibdir”, – o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook