SON XƏBƏR

Bu ermənilər Zabuxdan Xankəndinə köçür

Avqust 10
21:29 2022
Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir.

Bu barədə Zabuxun qondarma erməni icmasının "rəhbəri” Andranik Çavuşyan deyib.

Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.

"Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si "arsax”da qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”, - o deyib.

Çavuşyan özü isə Xankəndində qalacağını deyib.

Qeyd edək ki, Laçında qalan ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook