SON XƏBƏR

Bozqurd Etibar şəhid arvadına sataşan Tovuzun İcra başçısını - Minayla partlatdı - FOTOLAR

Sentyabr 27
18:45 2016
PKK əsgərinin türk şəhidlərinin dul arvadlarına göndərdiyi ismarıcı yəqin ki, xatırlayırsız. Oxşar hadisə 1996-cı ildə Azərbaycanda da baş verib.
 
Bozqurd batalyonunun komandiri Etibar Əmiraslanov... SSRİ ordusunun kəşfiyyatçısı olmuş və əsir düşərək Bin Ladenin məhbusu olub.
 
Keçmiş ordu komandanı Etibar Əmiraslanov yerli qəzetlərdən birinə müsahibə verib. Söhbət əsnasında məlum olub ki,o,şəhid arvadına sataşan icra başçısını minada partladıb. Hadisənin necə baş verdiyini Etibar bəyin öz sözləri ilə,olduğu kimi sizə çatdırırıq:
 
"Demək, mənim qaynım da şəhid olub. Bir gün onun yoldaşı gəlir Məhərin yanına. Xahiş edir ki, ev tikmək üçün  torpaq ver, ərim şəhid olub. Qayıdır ki, harda şəhid olub. Gəlin də ürəkdolusu deyər ki, Çənlibeldə. Məhər də qayıdır ki, get Ağdağa nə qədər istəyirsən ordan torpaq götür. Gəlin də deyər ki, Ağdağ haradır. Bu da soruşar ki, heç orda olmamısan? Ağdağ da, üzr istəyirəm, pozğun qadınların getdiyi yerdir. Ora əxlaqsız qadınları aparırlar. Gəlin də gəlib danışdı ki, Məhər müəllim deyir get Ağdağda yer götür. Nə təhər əsəbləşdim? Gəldim girdim yanına dedim ayə, bu nə danışıqdı?! Dedi ki, get əlindən gələni on qaba çək. Dedim onu bir qaba çəkəcəm. Özü də bu gün. Mən onu öldürmək fikrində olmamışam. Şikəst eləmək istəmişəm, qan çıxarmaq niyyətim olub. Ona görə də mina qoyub partlatdım".
 
Qeyd edək ki, bu hadisədən sonra Etibar bəyi həbs ediblərmiş.
 
(Faktor.az)
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook