SON XƏBƏR

“Bizim QHT-lər xarici donorlardan əldə etdikləri pula ev, kostyum alırlar” - Novella Cəfəroğlu

Fevral 14
14:06 2022
"Vətən müharibəsi dövründə Solovyovun qarşısına çıxmağa jurnalist tapa bilmədik”.

Qlobal.az APA-ya istindən xəbər verir ki, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan "Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova bildirib.

N. Cəfərova deyib ki, Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsinin və beləliklə də xaricdə tədbirlərə qatılmasının qarşısı alınıb: "Bizim QHT-lər xarici donorlardan əldə etdikləri pula ev, kostyum alırlar, dövlətə qarşı fəaliyyət aparmırlar. Heydər Əliyevin dönəmində Azərbaycanda bir sıra xarici donorlar vardı, onlarla da işlənirdi. Onlar sonra ölkədən çıxarıldı. Bu xarici donorlarla işləmək, onların imkanlarından Azərbaycanın maraqları üçün istifadə etmək lazım idi. QHT-lərə imkan verin, xarici donorlarla işləsinlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook