“Biz Rusiyanı dayandırmasaydıq, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı” - Zelenski
Oktyabr 01
09:17
2022
Volodimir Zelenski Ukraynanın bütün ərazisinin Rusiya işğalından azad ediləcəyini bəyan edib. O, bu barədə xalqa ənənəvi videomüraciətində bildirib.
Ukrayna Prezidenti söyləyib ki, əgər onlar Rusiyanı dayandırmasaydı, bu ölkənin ordusu Ukrayna ilə kifayətlənməyəcəkdi: "Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı. Rusiya Avropa və Asiyanın müxtəlif ölkələrini zəbt etmək iddiasında idi”.