SON XƏBƏR

Binəqədidə yaşayış binasında yanğın olub - Sakinlər təxliyə edilib

Dekabr 04
09:16 2021
Bakıda yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook