SON XƏBƏR

Bilgəhdə çimərliyi insanların üzünə bağladılar (FOTO)

İyun 16
15:36 2021
Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.

Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Daçnikov” çimərliyə gedən girişi vətəndaşlar üçün hasarlanıb.

Çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb.

Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.
 
Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook