SON XƏBƏR

BDU-da daha 5 dekan və 21 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI

Yanvar 06
10:11 2022
Təhsil Nazirliyi Bakı Dövlət Universitetində (BDU) dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib.

"Report” xəbər verir ki, ali məktəbdə 5 fakültə dekanı və 21 kafedra müdiri vəzifəsi boşdur.

Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək.
 
Aşağıdakı fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib:
 
I. Dekan vəzifəsini

Beynəlxalq münasibətlər və iqtisadiyyat
Ekologiya və torpaqşünaslıq
Hüquq
Kimya
Şərqşünaslıq

II. Kafedra müdiri

Beynəlxalq jurnalistika və informasiya siyasəti
Beynəlxalq xüsusi hüquq və Аvropa hüququ
Diplоmаtiyа və müasir inteqrasiya prosesləri
Ekoloji kimya
Əqli mülkiyyət hüququ
Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi
Ərəb filologiyası
Fiziki və kolloid kimya
Geodeziya və kartoqrafiya
Hidrometeorologiya
İqtisadi kibernetika
İqtisadiyyat İnformasiya texnologiyaları və proqramlaşdırma
Konstitusiya hüququ
Maliyyə və menecment
Milli mətbuat tarixi
Optimallaşdırma və idarəetmə
Politologiya və sosiologiya
Riyazi kibernetika
Tətbiqi riyaziyyat
Tоrpaqşünaslıq və daşınmaz əmlakın kadastrı
Yeni media və kommunikasiya nəzəriyyəsi

Qeyd edək ki, BDU-da daha əvvəl 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook