SON XƏBƏR

Bayden və Makron nə üçün Qarabağı Ərdoğanla müzakirə edir? (ŞƏRH)

İyun 11
13:32 2021
Baydenlə yanaşı, Makron da Brüsseldə Ərdoğanla Qarabağı müzakirə edəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Makronun Brüsseldə Ərdoğanla Qarabağı müzakirə etməsi məsələsini şərh edərkən deyib. O, münaqişənin həllində iştirak edə bilməyən və bölgədə təsir itirən iki həmsədr ölkənin Türkiyə üzərindən də "dönüş” cəhdləri etdiyini xatırladıb:

"Burada ən mühüm detal Rusiyadan sonra, Minsk qrupunun digər iki həmsədr ölkəsinin də Türkiyəni Qarabağ məsələsində, ümumilikdə bu bölgədə əsas tərəf kimi qəbul etməsidir və bu iki aspektdə əhəmiyyətlidir:

1. Ankaranın tərəf kimi qəbul edilməsi Bakının əlini gücləndirir və  Azərbaycana qarşı Qarabağla bağlı Rusiya ilə yanaşı, Qərbdən gələn təzyiqləri də neytrallaşdırır.

2. ABŞ və Fransanın Qarabağı Türkiyə ilə müzakirə etməsi, Rusiyanı üçtərəfli razılaşmaların bütün bəndlərinin tezliklə həllinə sövq edir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 14 iyun NATO sammiti öncəsi fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı Suriya, Liviya və Qarabağ məsələləri müzakirə olunacaq. Bu barədə Fransa dövlət başçısı brifinq zamanı bildirib.

"Mən Suriya, Livan və Qarabağdakı vəziyyət, həmçinin Azərbaycan - Ermənistan münasibətləri barədə danışmaq istəyirəm”, - deyə o bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook