SON XƏBƏR

Bayden İsrailə səfər edəcək

İyun 04
09:36 2022
ABŞ Prezidenti Cozef Bayden iyunun 23-də İsrailə səfər edəcək.

Bu barədə "Report” İsrailin "Ynet” portalına istinadən xəbər verir.

Qeyd edilir ki, Ağ Ev rəhbəri ertəsi gün Ramallahı ziyarət edəcək, sonra isə Səudiyyə Ərəbistanının da daxil olduğu Yaxın Şərq səfərini davam etdirəcək.

Baydenin Səudiyyə Ərəbistanına ilk səfərinə və krallğın rəsmiləri ilə ilk görüşünə hazırlıqlar barədə məlumat hələ may ayında mətbuata sızdırılıb, lakin ABŞ Prezidentinin özü ötən ay əvvəlcə Yaxın Şərq regionuna, o cümlədən İsrail və Səudiyyə Ərəbistanına səfər planlarını təsdiqləsə də, sonradan səfərin baş tutmayacağını açıqlayıb.

Bayden vurğulayıb ki, Yaxın Şərqdə sülhə nail olmaq onun üçün prioritet olaraq qalır və əgər səfər baş tutsa, bu, məhz regionda əsassız müharibələrə son qoymağa çalışmaq naminədir.

"İnsan haqları məsələsi ilə bağlı fikirlərimi dəyişməyəcəm, lakin ABŞ Prezidenti kimi mənim işim bacardığım qədər sülh gətirməkdir və bunu edəcəm", - Bayden deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook