SON XƏBƏR

Baldırğan Rusiyanı məhv edə bilər

Oktyabr 06
09:41 2020
Amerikanın New York Times nəşri "Zəhərli yadplanetli Rusiyanı işğal edir" başlıqlı məqalə dərc edib.
 
Qaynarinfo xəbər verir ki, söhbət baldırğandan gedir. Bu bitkinin şirəsi üçüncü dərəcəli yanıqlara və gözlərə düşərsə korluğa səbəb ola bilər.

ABŞ-da əmindirlər ki, kimyəvi qoruyucu kostyum olmadan baldırğan kollarının arasından keçmək mümkün deyil. Məqalə müəllifi baldırğanın vətəninin Qafqaz olduğunu xatırladır. II Dünya Müharibəsi bitdikdən sonra heyvandarlıq yemi üçün sürətlə böyüyən baldırğanın yetişdirilməsinə qərar verilib. Ancaq sonradan inək südünün dadına mənfi təsir göstərdiyi ortaya çıxıb.
 
Ancaq 1980-ci illərdə baldırğanın yayılmasına nəzarət itirilib. İndi, həqiqətən, Uraldan kənarda da bu bitkinin nəhəng kolluqları müşahidə olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook