SON XƏBƏR

Bakıda “Land Rover” ağır qəza törətdi: Nömrəni gizlətdilər

Dekabr 13
13:10 2021
Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınan qəzaya "Land Rover” markalı avtomobil səbəb olub.

BAKU.WS xəbər verir ki, sözügedən avtomobili idarə edən sürücü sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca və piyada keçidində quraşdırılmış yol nişanına çırpılıb.

Maşın daha sonra yol kənarında dayanan iki "Mercedes” və "Mitsubishi” markalı avtomobillərə çırpılıb və sonda aşıb. Qəza nəticəsində "Land Rover” markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzanı törədən sürücünün yaxınları avtomobilin dövlət nömrə nişanını çıxardaraq onun sahibinin kim olduğunu gizlətməyə çalışıblar və İTV-nin çəkiliş qrupuna təzyiq göstərərək peşə fəaliyyətini yerinə yetirməyə maneə yaradıblar

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yolda digər avtomobillərin hərəkətinə maneə yaradan "Land Rover” evakuatorla cərimə meydançasına aparılıb. Fakta bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook