SON XƏBƏR

Bakıda gənc yazar Mövlud Mövlud özünü 17-ci mərtəbədən ataraq intihar edib

Mart 16
10:48 2017
Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.
 
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.
 
Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.
 
M.Abdullayev hadisə yerində ölüb.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.
 
Onu da bildirək ki, Mövlud 2015-ci ilin may ayında Binəqədədidə baş verən və 15 insanın ölümünə səbəb olan yanğının zərərçəkənlərindən biri idi.O zaman onun həyat yoldaşı ölümün pəncəsindən zorla xilas olmuşdular və gənc ailə böyük maddi ziyana məruz qalmışdı. 
 
İlkin versiya belədir ki, hənc yazarın intiharına səbəb ailədaxili münaqişədir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook