SON XƏBƏR

Bakıda Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlimləri başlayır

Sentyabr 11
12:36 2021
Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook