SON XƏBƏR

Bakıda 15 yaşlı qız qaçırıldı

Yanvar 18
10:30 2022
Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook