SON XƏBƏR

Bakı sakinindən 1 kq heroin götürülüb

İyun 24
10:46 2022
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook