SON XƏBƏR

Bakı metrosunda eskalator qəzası: Xəsarət alanlar var

Oktyabr 04
11:45 2022
Bakı metrosunda sərnişinlər xəsarət alıblar. 

Hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin "Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. 

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qaynarinfo-ya bildirib ki, məsələ barədə məlumatlıdırlar:

"Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook